Conatan Tah "Bavariya" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

 

29 yaşlı almanla müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Müdafiəçi münhenlilərə azad agent kimi keçib.

 

Ta yeni klubuna keçidini şərh edib: "Bavariya"da olmaqdan çox xoşbəxtəm. Komanda olaraq uğurlu çıxış edib çoxlu kubok qazanmaq istəyirəm".

 

Qeyd edək ki, Tah 2015-ci ildən "Bayer"in formasını geyinir. O, 402 oyunda meydana çıxıb, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.