"Bavariya" futbolçusu Alfonso Deyvis haqda "Real"a xəbərdarlıq edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

 

Almaniya klubu 24 yaşlı cinah müdafiəçisi ilə yeni müqavilə imzalayacağı ilə bağlı xəbəri İspaniya klubuna çatdırıb. Müqavilənin imzalanması üçün son detallar qalıb. Deyvis Münhen təmsilçisi ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq. 

 

Qeyd edək ki, daha öncə mətbuatda "Real" Alfonso Deyvisi heyətinə qatmaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Kanadalı futbolçu bu mövsüm "Bavariya"nın heyətində 24 oyuna çıxaraq 1 qol vurub və 3 qolun ötürməsini edib.