Manuel Noyer karyerasını bitirəcəyi halda "Bavariya" "Brayton"un qapıçısı Bart Verbruggeni onun əvəzedicisi kimi nəzərdən keçirir. Sport24.az "TEAMtalk"-a istinadən xəbər verir ki, Münhen klubu artıq 21 yaşlı niderlandlını gələcək üçün namizədlər siyahısına daxil edib.

 

Bu arada, Verbruggenin agentləri "Bavariya"nın son qərarından asılı olmayaraq, bu yay onun karyerası üçün digər variantları fəal şəkildə gözdən keçirirlər. 

 

"Tottenhem" və "Nyukasl" da qapıçı ilə maraqlanır. Məlumata görə, "Tottenhem" hətta "Brayton"da oynadığı vaxtdan bəri oyunçunu yaxşı tanıyan Roberto De Zerbinin gəlişindən əvvəl də Verbruggeni izləyir.