"Bavariya"nın yarımmüdafiəçisi Conatan Asp Jensen "Deportivo" ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya klubu 20 yaşlı danimarkalı futbolçu ilə 2031-ci ilin yayına qədər anlaşmaya imza atıb. "Transfermarkt" portalı keçidi 6 milyon avro dəyərində qiymətləndirir.
Asp Jensen 2025/26 mövsümünü İsveçrənin "Qrasshopper" klubunda icarə əsasında keçirib. O, meydana çıxıdğı 40 oyunda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, yarımmüdafiəçi "Bavariya"nın əsas komandasında 1 oyun keçirib.