"Bavariya" futbolçusu Alfonso Deyvisin müqaviləsini uzatmaq istəyir. Sport24.az xəbər verir ki, Münhen klubu müdafiəçiyə 4 illik sözləşmə təklif edib.

 

Bu barədə "Sky Sports" məlumat yayıb. "Bavariya" oyunçuya illik 14-15 milyon avro maaş təklif edib.

 

Tərəflər arasında hələ razılıq əldə edilməyib. Deyvisin adı eyni zamanda "Real"la da hallanır.

 

Kanadalı müdafiəçi bu mövsüm 21 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.