"Bavariya"dan ayrılacağını açıqlayan Tomas Müller karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

İstanbul klubu 35 yaşlı hücumçuya 1+1 illik müqavilə təklif etməyi düşünür.

 

Müller daha öncə yayda "Bavariya"nı tərk edəcəyini açıqlayıb. O, bu mövsüm Bundesliqada 24 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.