“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Antverpen” üzərində qazanılan qələbəni (5:0) şərh edib. Sport24.az port24.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi gələcəklə bağlı nikbinliyini ifadə edib: "Əvvəlki iki illə müqayisədə bu il Çempionlar Liqası kampaniyasına çox yaxşı başladıq. Etməli olduğumuz işi görsək və yaxşı etsək, bu mövsüm yaxşı formada ola bilərik”.