Hücumçu Munir Əl Həddadi "İstiqlal"la müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İran klubunun mətbuat xidməti məlumat yayıb.

 

30 yaşlı ispaniyalı ilə 2027-ci ilin yayına kimi anlaşma imzalanıb.

 

Qeyd edək ki, El Haddadi ötən mövsüm "Leqanes"də forma geyinib. "Barselona"nın yetirməsi olan forvard La Liqada 25 matçda 4 qol vurub.