"Barselona" Frenki de Yonqla yollarını ayırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi yüksək maaşı olan mniderlandlı yarımmüdafiəçini yanvar ayında satmağa çalışacaq.
Bu barədə "Relevo" nəşri məlumat yayıb.
"Barselona" de Yonqa 45 milyon avro qiymət qoyub. 27 yaşlı futbolçunun meneceri Səudiyyə Ərəbistanı klubları ilə danışıq aparır.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.