"Şamaxı" futbolçusu Edqar Adilxanovla müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
19 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2,5 ildir. O, 2027-ci ilin yayına qədər "Şamaxı"da forma geyinəcək.
Qeyd edək ki, Adilxanov cari mövsüm Premyer Liqada 10 oyuna çıxıb, 2 qolla yadda qalıb.