PAOK-un məşqçi heyəti sərt cəzalandırılıb. Sport24.az xəbər verir bu, bu barədə Yunanıstan Futbol Federasiyası qərar verib. Buna səbəb AEK-ə qarşı keçirilən ölkə kubokunun 1/4 final matçından sonra məşqçilərlə rəqib azarkeşlər arasında davadır.

 

Yunan mediasının yayılan xəbərlərə görə, PAOK-u baş məşqçisi Razvan Luçesku və 4 köməkçisi stadionun avtoparkında AEK azarkeşlərinə hücum edərək onları döyüb. 

 

Luçeskunun avtobusdan düşüb azarkeşi yumruqla vurması və onun dalınca qaçması kameraya da düşüb.

 

Federasiyanın qərarına əsasən, məşqçilərin hər biri futboldan 4 ay uzaqlaşdırılıb, 15 min avro cərimələnib. AEK isə 10 min avro cərimə edilib.

 

Qeyd edək ki, PAOK rəhbərliyi cəzanın çox sərt olduğunu, federasiyanın bu qərarla klubu yox etməyə çalışdığını bəyan edib.