"Mövsümün geridə qalan hissəsini qənaətbəxş hesab edirəm. Sadəcə komandada stabillik çatmadı".
Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
O, mövsümün geridə qalan hissəsini komandası üçün qənaətbəxş hesab edib:
"Sezona yaxşı başladıq, ortalarda xallar itirdik. Maliyyə cəhətdən çətinliklərə baxmayaraq göstərdiyimiz nəticə yaxşıdır. Əsasən səfər oyunlarda çətinlik çəkdik. 11 turdan sonra cəmi 3 məğlubiyyətimiz olub. Doğma meydanda bir oyunda uduzmuşuq. Komandamızdan razıyıq, amma daha yaxşısını edə bilərdik".