"Əl-Nəsr"  müdafiəçi İniqo Martinesmüqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

34 yaşlı ispaniyalı ilə müqavilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulub.Oyunçu komandaya azad agent kimi qoşulub.

 

Qeyd edək ki, Martines 2023-cü ildən "Barselona"da çıxış edir. Ümumilikdə müdafiəçi Kataloniya klubunda 71 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.