"Barselona"nın idman direktoru Deko Kataloniya təmsilçisinin mərkəz hücumçusu Robert Levandovskini necə əvəz edə biləcəyi sualını cavablandırıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Mundo Deportivo"ya açıqlama verib.

 

Deko bu problemi aradan qaldırmaq üçün futbolçularının olduğunu vurğulayıb: "Bunun öhdəsindən gələ biləcək futbolçularımız var. Məsələn, Ferran, Dani Olmo - onlar yalançı "doqquz nömrə" mövqeyində oynamağa qadirdirlər.

Ancaq yadda saxlamaq lazımdır ki, bu gün yalnız bir komanda konkret mərkəz hücumçusundan istifadə edir ki. o da  "İnter"dir. "Arsenalda, PSJ-də belə şey yoxdur".

 

Qeyd edək ki, 36 yaşlı polşalı forvardın "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.