"Barselona" 1989-cu ildən bəri ilk dəfə "Atletiko"ya dörd qol fərqi ilə uduzub. Sport24.az xəbər verir ki, bu barədə "SportsCenter" məlumat yayıb. X

 

Kral Kuboku yarımfinalının ilk oyununda "Barselona" Madrid "Atletiko"suna 0:4 hesabı ilə məğlub olub.

 

Komandalar arasında cavab matçı martın 3-də, Barselonadakı "Spotify Camp Nou" stadionunda keçiriləcək.

 

Qeyd edək ki, "Barselona" 32 kubokla turniri ən çox qazanan klubdur. Bilbao "Atletik"i 24, "Real" isə 20 dəfə kuboku başı üzərinə qaldırıb.