"Barselona" UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün ilk oyununda "Nyukasl Yunayted"i 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu qalibiyyət Kataloniya klubunun son 20 ildə Avropanın ən nüfuzlu klub turnirində ilk səfər qələbəsi olub.

 

"Barselona" 2005/06 mövsümündən bəri Çempionlar Liqasında ilk səfər matçında qalib gəlmir. O vaxt kataloniyalılar "Verder"i 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib və həlledicigörüşdə "Arsenal"ı 2:1 hesabı ilə məğlub edərək kuboku qazanıb.

 

Qeyd edək ki, Çempionlar Liqasının finalı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Həlledici qarşılaşma gələn il mayın 30-da baş tutacaq.