"Benfika" Joze Mourinyonun baş məşqçi təyinatını yaxın bir neçə saat ərzində rəsmiləşəcək. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

 

Mütəxəssisin artıq Lissabonda, "Benfika"nın bazasında olduğu bildirilib. Qeyd edilib ki, klub təyinatı bir neçə saat ərzində rəsmən açıqlayacaq. Mourinyonun komandanı bu gün məşqə çıxaracağı da vurğulanıb.

 

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub etdikdən sonra Portuqaliya təmsilçisinin baş məşqçisi Bruno Lage istefaya göndərilib.

 

Maraqlıdır ki, "Benfika" pley-offda məhz J.Mourinyonun rəhbərlik etdiyi "Fənərbaxça"mı mübarizədən kənarlaşdırıb. Mütəxəssis bunun ardından vəzifəsindən göndərilib.