Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun son oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Ayntraxt"la qarşılaşıb.

 

Matç "Qarabağ"ın da turnirdə rəqiblərindən olan Frankfurt təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün digər qarşılaşmalarında maraqlı nəticələr qeydə alınıb. Həmin nəticələrlə sizi tanış edirik.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 1-ci tur

18 sentyabr

 

"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) 2:0

 

Qollar: E.Haaland,56, J.Doku,65

 

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) 5:1

 

Qollar: D.Sançez,37, C.Uzun,45+2, J.Burkardt,45+5, 66, A.Knauff,75, - Y.Akgün,8

 

"Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) 4:1

 

Qollar: Trinkao,44, 65, A.Santos,65, G.Quenda,68, - E.Santos,86

 

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:2

 

Qollar: A.Qordon,90, - M.Reşford,58, 67

 

Daha öncə yekunlaşan günün digər matçları:

 

"Brügge" (Belçika) - "Monako" (Fransa) 4:1

 

Qollar: N.Tresoldi,32, R.Onyedika,39, H.Vanaken,43, M.Diakhon,75, - A.Fati,90+2

 

"Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen,Almaniya) 2:2

 

Qollar: J.Larsson,9, Robert,87, - A.Qrimaldo,82, P,Hadzidiakos,90+1(ö.q)