Misli Premyer Liqasının V turunun ilk oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Şamaxı"nı qonaq edir.
Geridə qalan 4 turdan sonra aktivində 8 xal olan "qartallar" turnir cədvəlinin 4-cü, "şirlər" isə 5 xalla 5-ci pilləsində qərarlaşıb. Qonşuların mübarizəsindən kim qalib ayrılacaq? Bu suala 90 dəqiqənin tamamında cavab tapılacaq. Kağız üzərində matçın favoriti "Zirə" olsa da, "Şamaxı"nın "bərk qoz" olduğu hamıya məlumdur.
Qeyd edək ki, turun digər qarşılaşmaları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, V tur
18:30. "Zirə" - "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə. İdman Kompleksinin stadionu.