"Barselona" yarımmüdafiəçisi Dro Fernandesi 6 milyon avroya satmaq niyyətində deyil. Daha əvvəl mediada oyunçunun müqaviləsini ləğv etmək üçün bu məbləği ödəyəcəyi bildirilirdi. Sport24.az "Sport.es"-ə istinadən xəbər verir ki, katalonlar oyunçunun transferi üçün ən azı 10 milyon avro istəyir.
Mənbənin sözlərinə görə, 18 yaşlı futbolçunun PSJ-yə keçəciyi demək olar ki, həll olunub.
Qeyd edək ki, filippinli əsilli ispaniyalı bu mövsüm beş matçda 148 dəqiqə meydanda olub. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.