Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununun ən yaxşı futbolçusu açıqlanıb. Sport24.az xəbər verir ki, bu, İsveçrə yığmasının futbolçusu Bril Embolodur.
24 yaşlı hücumçu görüşün 49-cu dəqiqəsində hesabı açıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.