Türkiyə I Liqasının XXII turunda azərbaycanlı futbolçular üz-üzə gəlib. Sport24.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor"la qarşılaşıb. 

 

90 dəqiqədə qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə başa çatıb.  Start heyətində yer alan Vüsal 62-ci, Ramil isə 80-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Kocaelispor" 43 xalla 3-cü, "Boluspor" isə 33 xalla 8-ci pillədə qərarlaşıb.