Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Spartak”ı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Start heyətdə meydana çıxan Quliyev 88-ci dəqiqədə məhz Sadıqovla əvəzlənib. Ayaz 64-cü, İlya isə meydandan çıxandan dərhal sonra sarı vərəqə ilə cəzalanıb.

“Ximki” 27 turdan sonra 18 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.