Latviya çempionatında 12-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Super Nova” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı qələbə ilə tərk edib - 4:0.

Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.

Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Futbolçularımızın komandası hazırda 9 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.