Latviya çempionatında 7-ci turun oyunları keçirilir.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə RFS ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı ağır məğlubiyyətlə tərk edib – 0:5.

Nazim sonadək ehtiyatda qalıb. Ramin isə 46-cı dəqiqədə meydana buraxılıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Futbolçularımızın komandası hazırda 5 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.