"Azərbaycanla ötənilki oyunumuz çətin alınmışdı". Sport24.az xəbər verir ki, bunu Ukraynanın U-21 millisinin baş məşqçisi Unai Melqosa deyib.

 

Mütəxəssis AVRO-2025-in seçmə mərhələsinin Azərbaycanla oyunu və matça hazırlıq barədə danışıb: "Biz çətinliklə də olsa, Azərbaycan yığmasına daha çox problem yaşatmağın yolunu tapdıq. Bilirdik ki, onlar müdafiəyə çəkiləcək və rəqibin əks-hücumlarına hazır olmalıyıq. Öz oyunumuzu yaxşılaşdırmalıyıq ki, Azərbaycana qarşı keyfiyyətli matç keçirək. Müsbət seriyamızı davam etdirmək istəyirik. Bütün həftəni Antalyada birlikdə çalışacaq, yoxlama oyununa Mərakeşin U-23 yığması ilə qarşılaşacağıq. Əlbəttə, Azərbaycanın İngiltərə ilə matçını da izləyəcəyik. Amma canlı deyil, videoyazı şəklində baxacağıq".

 

Qeyd edək ki, Azərbaycan – Ukrayna matçı martın 26-da "Azərsun Arena"da keçiriləcək.