"Roma"nın sağ cinah müdafiəçisi Zeki Çelik Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, "Yuventus" və "Liverpul" türkiyəli futbolçunu yay "transfer pəncərəsi"ndə heyətlərinə qatmaq niyyətindədir.
Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı futbolçunun mövsümün sonunda "Roma" ilə müqaviləsinin başa çatması onun transferini daha da əhəmiyyətəşdirir.
Qeyd edək ki, Zeki Çelik cari mövsümdə "Roma"nın heyətində bütün turnirlər üzrə 32 rəsmi matçda 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.