İtaliyalı hücumçu Çiro İmmobile karyerasını Fransada davam etdirəcək. Liqa 1-də çıxış edən "Paris" 35 yaşlı futbolçu ilə anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2020-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olan forvard yeni klubu ilə daha bir il uzatmaq şərti ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
İmmobile bu mövsüm "Bolonya"da doqquz oyunda iştirak edib.
Qeyd edək ki, İmmobile 4 dəfə İtaliya çempionatının bombardiri olub. 2020-ci ildə isə "Qızıl buts" mükafatını qazanıb.