Avropa Liqasında pley-offun bütün cütləri müəyyənləşib.

Sport24.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə uğrunda 20 kollektiv mübarizə aparacaq.

Türkiyənin bu turnirdəki təmsilçiləri – “Fənərbaxça” və “Sivasspor” müvafiq olaraq “Austriya” (Avstriya) və “Malmö” (İsveç) ilə qarşılaşacaqlar.

Pley-offun ilk oyunları 18 avqustda, cavab görüşləri 25 avqustda baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsi

Dnepr-1 (Ukrayna) – AEK (Kipr)

Gent (Belçika) – Omoniya (Kipr)

Austriya (Avstriya) – Fənərbaxça (Türkiyə)

Sürix (İsveçrə) - Harts (Şotlandiya)

HJK (Finlandiya) - Silkeborq (Danimarka)

Malmö (İsveç) - Sivasspor (Türkiyə)

Ferentsvaroş (Macarıstan) - Şemrok Rovers (İrlandiya)

Apollon (Kipr) - Olimpiakos (Yunanıstan)

Pünik (Ermənistan) - Şerif (Moldova)

Ludoqorets (Bolqarıstan) - Jalgiris (Litva)