Böyük Britaniya AVRO-2020-nin bütün oyunlarını öz ərazisində keçirməyə hazırdır. Sport24.az xəbər verir ki, bu haqda "Sunday Times" nəşri məlumat yayıb.

Bildirlir ki, belə bir təkliflə UEFA-ya müraciət olunub və hökumət azarkeşlərin mayın sonlarınadək stadionlara dönüşü üzrə plan hazırlayıb. Britaniya rəhbərliyi qayıdışın qitənin bir çox ölkəsindən tez mümkünlüyünü açıqlayıb.

Təqvimə əsasən, Londondakı "Uembli" stadionu yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir. Lakin hökumətdəki mənbələr daha çox matç keçirmə şahişi olacağı təqdirdə, razılıq verəcəklərini söyləyiblər.

Qeyd edək ki, AVRO-2020 koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınsa da, UEFA yarışın adını dəyişməyib. Çempionat qarşılaşmalarının Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya) və London (İngiltərə) şəhərlərində təşkili nəzərdə tutulub.