AVRO-2020-də D qrupunda mübarizəyə start verilib. Sport24.az xəbər verir ki, turnirin favoritlərindən İngiltərə millisi Londonda Xorvatiya ilə qarşılaşıb.
"Uembli" stadionundakı görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qolun müəllifi ikinci hissədə fərqlənən Rəhim Sterlinq olub. "Mançester Siti"nin hücumameylli yarımmüdafiəçisi 57-ci dəqiqədə qələbə topunun müəllifi olub.
Qeyd edək ki, D qrupunun digər qarşılaşması sabah Şotlandiya və Çexiya yığmaları arasında olacaq.
 
     
                         
                 
                 
                 
                 
                