AVRO-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı dayandırılıb. Sport24.az xəbər verir ki, buna Danimarka millisinin liderlərindən olan Kristian Eriksenin fasiləyə az qalmış huşunu itirməsi səbəb olub. Meydana təcili həkimlər daxil olub və ona ürək masajı ediblər. Milan "İnter"inin 29 yalı yarımmüdafiəçisi xərəkdə meydançadan çıxarılıb, ancaq onun durumu barədə məlumat verilməyib.

Yığmaların oyunçuları da paltardəyişmə otağına yollanıblar. Stadionda diktor vasitəsilə azarkeşlərə məlumat veriblər ki, tribunaları tərk etməsinlər və yekun qərarı gözləsinlər.