Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Saul karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 30 yaşlı ispaniyalı Madrid klubu ilə müqaviləsini ləğv edərək "Trabzonspor"a keçəcək. Türkiyə klubu yaxın vaxtlarda futbolçunun transferini açıqlayacaq.

 

Qeyd edək ki, Saul 2024/25 mövsümündə "Sevilya"ya icarəyə verilib, 26 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.