Estoniyanın Tallin şəhərində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən "5-ci Ranno Krusta Memorialı" və "Lapua" Avropa Kuboku keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin güllə atıcısı Ruslan Lunyov yarışın son günü daha bir medal qazanıb.
O, 25 m məsafəyə mərkəzli atəş açma növü üzrə fərdi yarışda fəxri kürsüyə yüksəlib. Bu mərhələdə Lunyov 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yarışda ikinci gümüş medalını qazanıb. O, finalda Fransa təmsilçisi Teo Moczkoya məğlub olub.
Qeyd edək ki, atıcımız 25 metr məsafəyə sürətli atəş üzrə yarışda da ikinci yeri tutub.