Azərbaycanın XVIII Avropa Gənclər Yay Olimpiya Festivalındakı bayraqdarları bəlli olub. Sport24.az xəbər verir ki, iyulun 20-də Şimali Makedoniyanın paytaxtı Skopyedə yerləşən Yan Sandanski İdman Mərkəzində keçiriləcək açılış mərasimində üçrəngli bayrağımızı cüdoçu Zeyd Ələsgərov (-60 kq) və taekvondoçu Humay Dadaşova (49 kq) daşıyacaq.

 

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 26-a kimi davam edəcək.