Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyası və Estoniya Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "5-ci Ranno Krusta Memorialı" çərçivəsində 25 metr məsafəyə atəş üzrə nüfuzlu "Lapua" Avropa kuboku baş tutub. Sport24.az xəbər verir ki, Azərbaycanı mötəbər yarışda təmsil edən Ruslan Lunev bir çox güclü rəqiblərini geridə qoyub və ikinci yeri tutaraq ölkəmizin hesabına gümüş medal yazdırıb.

 

Qeyd edək ki, yarışlar Estoniya atıcılıq tarixində bir çox uğurlu idmançının yetişməsində əvəzsiz rolu olmuş məşqçi Ranno Krustanın xatirəsinə həsr olunub.