"İnter Mayami"nin hücumçusu və kapitanı Lionel Messi bu mövsüm beşinci dəfə MLS-də turun ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

 

İyulun 19-da "Nyu-York Red Bullz"la görüşdə (5:1) 38 yaşlı argentinalı 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Bu, Messinin turnirin son 7 oyununda 6-cı dubludur.

 

Qeyd edək ki, argentinalı ulduz 18 oyunda 18 qol vurmaqla hazırda liqanın ən sərrast futbolçudur. 2023-cü ildən ABŞ klubunun formasını geyinən hücumçu geridə qalan müddətdə bütün turnirlərdə 68 oyun keçirib, 58 qol vurub və 26 məhsuldar ötürmə edib.