İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb. 31 yaşlı forvard La Liqanın 24-cü turunun "Sevilya" ilə matçında zədələnib.

 

Dizindən xəsarət alan İspaniya millisinin üzvü 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Alvaro Morata bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 33 rəsmi matçda19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.