"Arsenal" əsas üzvlərindən olan Tomas Partini buraxmaq fikrində deyil. Sport24.az xəbər verir ki, London təmsilçisi qanalı oyunçuya yeni müqavilə təklif edib. 

 

Tərəflər arasında 2 illik müqavilə imzalanacağı gözlənilir. Futbolçunun maaşı isə əvvəlkindən iki dəfə çox olacaq. 

 

31 yaşlı yarımmüdafiəçi özü də "Arsenal"da qalmağa müsbət yanaşır. 

 

Parti bu mövsüm "Arsenal"ın heyətində Premyer Liqada 31 matçda 4 qol vurub, 2 asist edib.