"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sun" məlumat yayıb.

 

Mənbənin məlumatına görə, 26 yaşlı fransız "Arsenal"ın maraq dairəsinə düşüb. Londonlular futbolçu üçün 64 milyon avro təklif etməyə hazırdır.

 

Qeyd edək ki, Kunde bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 51 oyuna çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.