Türkiyə millisinin sabiq üzvü Arda Turanın baş məşqçilik etdiyi "Eyüpspor"la əlaqədar diqqət çəkən iddialar ortaya çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.

 

Xəbərdə bilirilib ki, Superliqa təmsilçisi bir müddətdir futbolçuların maaşını ödəmir. Bundan əlavə, oyunçuların bonusları da hesablara olduqca bank kartlarına gec köçürülür. Məlumatda futbolçuların problem yaşadıqları, məşqə çıxmayaraq məsələyə etiraz edəcəkləri də yazılıb. 

 

Qeyd edək ki, "Eyüpspor" növbəti oyununu Superliqanın 33-cü turu çərçivəsində aprelin 27-də "Qalatasaray"a qarşı keçirəcək. Arda Turanın komandası hazırda turnir cədvəlində 50 xalla (31 matça) 4-cüdür. "Qalatasaray" isə 77 xalla (30 oyuna) liderdir.