"Real"ın zədəli futbolçusu Arda Gülərin yaşıl meydanlara qayıdacağı tarix məlum olub. Sport24.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 9-12 oktyabr tarixlərində yaranqcaq milli fasilədən sonra hazır olacaq.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Ardanın 21 oktyabrda La Liqanın "Sevilya" və ya bundan 3 gün sonra Çempionlar Liqası qrup mərhələsinin "Braqa" ilə matçında meydana çıxacağı gözlənilir.
Xatırladaq ki, "Real" Güləri mövsümlərarası fasilədə "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü Madrid təmsilçisinin heyətində rəsmi oyunlarda iştirak etməyib.