"Real" İspaniya La Liqasının XXXI turunda "Jirona" ilə heç-heçə edib – 1:1. Sport24.az xəbər verir ki, "kral klubu" baş məşqçisi Alvaro Arbeloanın rəhbərliyi altında ilk 20 oyununda artıq 24 qol buraxıb.

 

Bu, XXI əsrdə madridlilərin çalışdırıcıları arasındakı ən pis göstəricidir.

 

"Real" eyni zamanda son üç rəsmi matçda qələbə qazana bilməyib.