Misli Premyer Liqasında 27-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsnin ikinci oyun günündə daha 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Qarabağ"ı qonaq edir. Hazırda aktivində 55 xal olan qonaqlar turnir cədvəlinin ikinci, meydan sahibləri isə 31 xalla səkkizinci pilləsində qərarlaşıb. Qurban Qurbanovun komandası çempionluq uğrunda mübarizə aparır və "Sabah"dan uzaq düşməmək üçün bu oyundan qələbə ilə ayrılmaq məcburiyyətindədir. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv isə turnir cədvəlinin ortalarında qərar tutub. "Şirlər" bu gün 3 xalı bayram edəcəyi təqdirdə ən azı bir günlük də də olsa "Sumqayıt"ı ötə, 7-ci yerə yüksələ bilər.
Qeyd edək ki, oyunun start fiti saat 15:30-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
15:30. "Şamaxı" - "Qarabağ" 0:0 (Birinci hissə)
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu.
"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov
"Qarabağ": 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali