"Benfika"nın hücumçusu Anxel Di Mariya İtaliya A Seriyasında çıxış edərkən qeyri-qanuni platformalarda futbol oyunlarına pul qoyuluşu etdiyi barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "O Joqo"ya açıqlama verib:

 

"Mən heç vaxt belə işlərlə məşğul olmamışam. Bunu çəkinmədən, açıq şəkildə bildirirəm"

 

Bir müddət əvvəl "Corriere della Sera" Milan prokurorluğuna istinadən İtaliya çempionatında çıxış edən 12 oyunçunun 2021-2023-cü illər arasında qeyri-qanuni bukmeker kontorlarında pul qoyulşu etdiklərini və onlayn poker oynadıqları xəbərini yayıb. Şübhəlilərin siyahısı futbolçuların smartfonları yoxlanıldıqdan sonra müəyyənləşib.  

 

Di Mariyadan başqa, şübhəlilər siyahısında Ueston Makkenni (Yuventus), Mattia Perin (Yuventus), Leandro Paredes (Roma), Alessandro Florenzi (Milan), Nikolo Zaniolo (Qalatasaray) və başqaları da var.