Hazırda icarə əsasında "Monako"da oynayan "Barselona" yetirməsi olan Ansu Fati klubun gənc ulduzu Lamin Yamal barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Fati Yamalın yaşına baxmayaraq meydanda nümayiş etdirdiyi performansı xüsusi qeyd edib.

 

"Lamin çox gəncdir, amma indiyə qədər göstərdiklərinə və hələ də göstərməyə davam etdiklərinə görə ona hər zaman ən yaxşısını arzulayıram", - deyə hücumçu vurğulayıb.

 

Fati qeyd edib ki, Yamalın La Masiyadan çıxması bu hekayəni daha da xüsusi edir:

 

Qeyd edək ki, Lamin Yamal gənc yaşına baxmayaraq "Barselona"nın əsas komandasında mühüm rol oynayır və çıxışı ilə futbol ictimaiyyətində böyük maraq doğurur.