"Bordo"nun Fransanın bütün liqalarında çıxışına qadağa qoyulub. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News Franse" nəşri məlumat yayıb.

 

Qərar Milli İdarəetmə Nəzarəti Direktorluğu (DNCG) tərəfindən verilib. "Bordo"nun büdcəsini balanslaşdırmaq və qarşıdan gələn 2026/27 mövsümünün maliyyələşdirilməsi üçün 9 milyon avro məbləğində nağd pul vəsaiti alacağı gözlənilirdi. Lakin lazım olan maliyyə kluba daxil olmayıb. 

 

"Bordo" hazırda Britaniya investisiya fondu "Sparta Capital"-ın nəzarəti altındadır. Klub DNCG-nin qərarından apelyasiya vermək niyyətindədir. Əgər uğurlu olarsa, ən yaxşı halda "Bordo"ya səviyyəcə Fransanın altıncı divizionu olan Regional 1-də oynamağa icazə verə bilər.

 

Qeyd edək ki, "Bordo" altıqat Fransa çempionudur. 2024-cü ilin avqustunda "jirondislər" borc səbəbindən dördüncü diviziona düşüb.