Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann klublarında müntəzəm olaraq əsas heyətdə olan bəzi oyunçuların dünya çempionatına aparılmayacağını bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Kicker"ə açıqlamasında bildirib:

 

"Ümumiyyətlə, milli komandanın baş məşqçisinin ən böyük çətinliyi heyət seçimi ilə bağlıdır. Hər şey kimin bir-birinə ən uyğun gəlməsindən asılıdır.

Elə qərarlar olacaq ki, - bunu indi açıqlaya bilərəm - nə oyunçular, nə də ictimaiyyət tərəfindən yaxşı qəbul olunmayacaq. Ola bilər ki, klubunda daim meydana çıxan, əsas fiqur olan oyunçu millidə olmasın". 

 

Qeyd edək ki, DÇ-2026 211 iyun - 19 iyul tarixləri arasında ABŞ, Meksika və Kanadada keçiriləcək.