"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Florian Virts "Bavariya"nın təklifini qəbul etmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavoleri sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onunla maraqlanan "Mançester Siti"nin də futbolçunun qərarı ilə bağlı xəbərdar olduğu qeyd edilib. İndi ingilis klubu alternativ variantı - "Barselona"dan Dani Olmonu nəzərdən keçirir.
Bundan əvvəl Virtsin "Liverpul" və "Real"ın da maraq dairəsində olduğu deyilirdi.
Qeyd edək ki, futbolçu cari mövsümdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.