"Qalatasaray" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenə ilk təklifini edib. Sport24.az "Diario Sport"a istinadən xəbər verir ki, almaniyalı qolkiper isə Türkiyə klubuna "yox" cavabını verib.

 

Kataloniya təmsilçisi yayda Ter Stegeni satmaq istəyir. O, klubda qalsa, böyük ehtimalla, üçüncü qapıçı funklsiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, İstanbul klubu mövsümlərarası fasilədə Fernando Muslera ilə yolları ayırıb.